Bu arayış növləri elektronlaşdırıldı- - Siyahı

bu-arayis-novleri-elektronlasdirildi-
Oxunma sayı: 4209


“Qafqazinfo” nazirliyin saytına istinadən xəbər verir ki, həmin e-arayışlar aşağıdakılardır:

Rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı arayış

Yaşayış yeri haqqında arayış

FİN-ə görə fərdi məlumatların axtarışı

Diplom haqqında məlumatlar

Rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı arayış - Vətəndaşlar portalda (www.e-gov.az) qeydiyyatdan keçərək bu e-xidmət vasitəsilə rabitə xidmətləri borcu barədə e-arayışı formalaşdıra bilərlər. E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyəti quruma təqdim edilməsi mümkündür.

Yaşayış yeri haqqında arayış - Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, qeydiyyatda olduğu ünvan və doğulduğu yer haqqında arayışı formalaşdıra bilərlər. E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyəti quruma təqdim edilməsi mümkündür .

FİN-ə görə fərdi məlumatların axtarışı - Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, şəxsiyyət vəsiqəsi üzrə məlumatları haqda e-arayışı formalaşdıra və müvafiq quruma göndərə bilərlər. Arayışın tərkibində aşağıdakı məlumatlar əks olunur:


Soyad, ad, ata adı

FİN

ŞV verilmə tarixi

Etibarlılıq tarixi

Verən orqanın adı

Vətəndaşlıq

Yaşayış ünvanı

Doğum yeri

Doğum tarixi

Boy

Qan qrupu

Ailə vəziyyəti

Hərbi vəzifə

Cins

Göz rəngi

Diplom haqqında məlumatlar - Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, tərkibində vətəndaşın şəxsiyyət vəsiqəsi və təhsil aldığı müəssisə üzrə informasiyaları özündə birləşdirən e-arayışı formalaşdıra bilir. Bu e-arayışda aşağıdakı məlumatlar əks olunur:


Qəbul olduğu təhsil müəssisəsinin adı

Qəbul olduğu ixtisas

Yerdəyişmə üzrə məlumatlar

Bitirdiyi təhsil müəssisəsinin adı

Bitirdiyi ixtisas

Fakültə

Təhsil pilləsi

Təhsil forması

Təlim dili

TQDK-nın qəbulla bağlı sərəncamının nömrəsi və tarixi

Təhsil müəssisəsinə daxil olduğu il

Təhsil müəssisəsini bitirdiyi il

Diplomun seriya və nömrəsi

Diplomun növü 

E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyəti quruma təqdim edilməsi mümkündür.

Sözügedən e-arayışlar portal vasitəsilə avtomatik formalaşdırılır, bunun üçün yalnız portala mövcud autentifikasiya vasitələri ilə daxil olmaq kifayətdir.

Qeyd edək ki, e-arayışların həqiqiliyi QR-kod ilə təsdiq edilir və eyni zamanda portal vasitəsilə İD nömrə üzrə yoxlanılması da mümkündür.