Bakının mərkəzində dəhşətli görüntü - Abort olunan embrion...

bakinin-merkezinde-dehsetli-goruntu
Oxunma sayı: 10967

Bu gün Bakıda Azadlıq prospekti ilə akademik Həsən Əliyev küçələrinin kəsişməsində iki embrion tapılıb.

"Qafqazinfo" 1news.az-a istinadən xəbər verir ki, bu haqda hadisənin şahidi olan həkimin söylədiklərinə görə, embrionlar zibil qutularının yaxınlığında aşkarlanıb. Şahid qeyd edib ki, bu abort olunan embriondur. Uzunluğu 10-15 sm olan embrionlar hamilələyin 2-3-cü ayına aiddir.

Mənbənin sözlərinə görə, yaxınlıqda yerləşən tibb müəssisəsi və ya doğum evi işçilərinin səhlənkarlığı üzündən embrion yanlış ləğv edilib.

Nəsimi rayon Polis İdarəsidən bildirilib ki, hadisə haqda informasiyaya malik olmasalar da, faktla bağlı araşdırma aparılıacaq.

Qeyd edək ki, “B” sinfinə aid bioloji tulllantılar (abort və düşmə nəticələri) xüsusi poliqonlarda dəfn edilməli, yaxud xəstəxanadakı mini krematoriyada aradan qaldırılmalıdır.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Bizimyol.info-ya verilən məlumata görə, bu gün Bakı küçələrində tapılmış embrionların hər hansı xəstəxana və ya doğum evi ilə əlaqəsi yoxdur: "Xəstəxanalar indiyə kimi olanları küçəyə atmadı, 2 embriona gücü çatmadı? Xəstəxanaların, doğum evlərinin özlərinin utilizasiya üsulu və krematoriyaları var. Xəstəxana o boyda antisanitariya eləməz və əhalinin də hissləri ilə oynamaz. İkincisi, əgər embrion üçün abort göstərişi verilibsə, o heç yumurtadan böyük olmur. Onu elə böyük formada çıxardıb atmırlar".