Bakıdakı “Trump Tower Baku” binasında yanğın

bakidaki-trump-tower-baku-binasinda-yangin-
Oxunma sayı: 2142

Bakıdakı “Trump Tower Baku” binasında yanğın olub. Əraziyə üç yanğınsöndürən maşın cəlb edilib.

"Qafqazinfo" report-a istinadən xəbər verir ki, yanğının qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Trump Tower Baku” paytaxtın Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən, 72 mənzil və 189 ayrı otel nömrəsindən ibarət çoxmərtəbəli binadır.

Hündürlüyü 130 metr olan “Trump Tower Baku” 33 mərtəbədən ibarətdir. Azərbaycanın beş ən yüksək binasından biri hesab olunur.