Bakıda apteklərdə pensilin satılmır - Xəstələr narazıdır

bakida-apteklerde-pensilin-satilmir
Oxunma sayı: 3909

Paytaxtda fəaliyyət göstərən apteklərdə iki gündür ki pensilin iynəsi tapılmır.

Bu barədə “Qafqazinfo”ya vətəndaşlar müraciət edib. Onlar qeyd edir ki, paytaxtın müxtəlif ərazilərində yerləşən apteklərə antibiotiki almaq üçün müraciət ediblər. Amma son 2 gündə dərmanı tapmaq mümkün deyil. Aptek işçiləri deyirlər ki, depoda qurtarıb. Dərmanın nə vaxt gələcəklərindən isə məlumatsızdılar”.

Qafqazinfo” da məsələni dəqiqləşdirmək üçün bir neçə apteklə əlaqə saxlayıb. Apteklər faktı təsdiqləyərək iynənin depoda olmadığını bildiriblər.

Günel Türksoy