Bu gün saat 16.05-də Bakıdan Moskvaya (Rusiya) uçmalı olan "SU 1855" saylı reysdə gecikmə yaranıb.
“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan Report-a verilən məlumata görə, reysin nə zaman uçacağı hələ ki, məlum deyil.
Reys Rusiyanın "Aeroflot" aviaşirkətinə məxsus "Boeing 737-800" tipli təyyarə ilə yerinə yetirilməli və 19.25 radələrində Rusiya paytaxtındakı Şeremetyevo Beynəlxalq Hava Limanında eniş etməli idi.