Bakı-Barselona-Bakı marşrutu üzrə ilk birbaşa aviareys

baki-barselona-baki-marsrutu-uzre-ilk-birbasa-aviareys-
Oxunma sayı: 1271


“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, mayın 23-də Bakıdan Barselonaya uçan “Airbus-319” təyyarəsi “De Logregat” Beynəlxalq aeroportunda eniş edib. Saat 07.00-da havaya qalxan təyyarə Bakı vaxt ilə 12.10-da uçuş məntəqəsinə çatıb. İlk reyslə 88 sərnişin uçub.

Təyyarə Barselonada endikdən sonra hava limanında ilk reysin sərnişinləri üçün təqdimat keçirilib. Mərasimdə həmçinin Barselonadan Bakıya uçan sərnişinlər yola salınıb.

Bakı-Barselona-Bakı marşrutu üzrə uçuşlar hələlik həftədə bir dəfə, şənbə günləri həyata keçirilir. Bu reyslə uçmaq istəyənlərin sayında artım olduğu təqdirdə reyslərin sayının da çoxaldılması nəzərdə tutulub.