“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, festivala Azərbaycanla yanaşı, Macarıstan, Polşa, Braziliya, İspaniya, Meksika, Fransa, Rumıniya və digər ölkələrdən 500-dən artıq tələbə və müəllim qatılıb. Tədbirdə ölkəmizi Azərbaycan-İtaliya Gənclər Assosiasiyası (AİGA) təmsil edib.
AİGA-nın fəalları Azərbaycan stendi ilə maraqlanan qonaqlara mədəniyyətimiz, tariximiz və zəngin kulinariyamız haqqında geniş məlumat veriblər. İştirakçılar milli mətbəximizin ləziz təamlarına qonaq edilib, Azərbaycan haqqında müxtəlif nəşrlərlə tanış olublar.
Tədbirin sonunda universitet rəhbərliyi tərəfindən Azərbaycan stendi festivalın ən nümunəvi stendi adına layiq görülüb.