Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Azadlıq” qəzetinin redaktoru Rahim Hacıyev adıçəkilən qəzetin borc ödənməzsə, bu gün ərzində bağlanmasına münasibət bildirərkən deyib.
Rahim Hacıyev qeyd edib ki, “Qasid”in bizə 40 min manat borcu var: “Sentyabr ayını da nəzərə alsaq bu borc 50 min manata çatır. Mən dünən “Qasid”in rəhbərliyi ilə əlaqə saxladım. O, mənə dedi ki, biz sizə 500 manat verə bilərik. Bizim də maliyyə imkanlarımız zəifdir. Bu gün də əlaqə saxlamağıımı dedi. Uzaqbaşı 1000 manat versinlər”.
Qəzet redaktoru əlavə edib ki, həm “Qasid”, həm də “Nəşriyyat “ hökumət təşkilatıdır. Bəllidir ki, burada “Azadlıq” qəzetinə qarşı açıq siyasi təzyiqdən istifadə olunur. Mən belə düşünürəm ki, dünən “Azadlıq” qəzetinin manşet materialı hökuməti ciddi narahat edib. Ona görə birdən- birə bu gün ərzində bizə 10 min manat ödəmək tələbini qoyublar. Çünki ilk dəfədir ki, bizdən bu məbləği qısa müddətdə ödəməyi tələb edirlər”.
Qeyd edək ki, Nəşriyyat bu gün “Azadlıq” qəzetini çap etməyə bilər. Bu barədə AzNews.az-a Nəşriyyatın direktor müavini Bəsti İsmayılova məlumat verib.
B.İsmayılova deyib ki, bu gün saat 15:00-a qədər qəzetə borcun müəyyən hissəsinin ödənilməsi barədə xəbərdarlıq edilib, əgər qəzet rəhbərliyi bu gün Nəşriyyata olan borcunu ödəməsə, qurum “Azadlıq” qəzetini çap etməyəcək
Günel