Xədicə İsmayılova ifadə verdi

xedice-ismayilova-ifade-verdi
Oxunma sayı: 1023


Onun jurnalistlərə verdiyi məlumata görə, Xədicə İsmayılovadan xarici səfərlərə gedəcəyi tədirdə, prokurorluğa bu barədə əvvəlcədən xəbərdarlıq etməsi istənilib. Eyni zamanda, Xədicə İsmayılova sabah saat 5-də izahat vermək üçün yenidən Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. 

* * * * *

11:19

Jurnalist Xədicə İsmayılova bu səhər yenidən Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə gedib. Musavat.com-un İdarənin qarşısındakı müxbirinin verdiyi məlumata görə, jurnalisti vəkil Elton Quliyev müşayiət edir. Bir qrup ictimai fəal və jurnalist isə Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin binası qarşısına toplaşıb.

Xatırladaq ki, Xədicə İsmayılova ötən axşam da istintaqa şahid qismində ifadə vermişdi və dindirmənin bu gün davam etdirilməsi qərara alınmışdı.

Jurnalist Facebook profilində yaydığı bir sənədin foto-surəti ilə bağlı şahid qismində dindirilir.