Artiq o tarixden bizi 186 il ayirir. Bəs tariximizin bu 186 ili bizim üçün necə dəyərləndirilməlidir? Elə bu sualla bagli Ümid partiyasinin sədr müavini Rüfət Muradlı partiyanın mətbuat xidmətinə danışıb. R.Muradlının fikirlərini oxuculara təqdim edirik.
Əslinde Türkmənçay müqaviləsinə ona qədərki dönəmə nəzər salmadan qiymət vermək dogru olmazdi. Yəni Türkmənçay müqaviləsi, hələ 18-ci əsrin sonlarindan baslayan Rusiya aqressiyasinin, Gəncənin, Car- Balakənin və basqa torpaqlarimizin isğalinin,nəhayet Gülüstan müqaviləsinin davami və daha dəqiq desək sonucu idi. Hər halda bu haqda kifayət qədər tarixi məlumatlar var. Mənim düsümcəmə görə isə qoyulan sualı Türkmənçay müqaviləsinden sonra yasanan olaylara nəzərən dəyərləndirmə aparmaqla cavablandırsaq bu daha məntiqi olardı. Baxin, mən özüm o müqavilənin bağlanıldığı Türkmənçay kəndində olmuşam. Təbrizdən Tehran istiqamətində ,Miyanaya çatmamis magistral yoldan 30 kilometr aralida yerləşən bu kənddə müqavilə bağlanan evin qalıqları, habelə rus zabitinin əmr verdiyi təpə hələ də qalmaqdadır. Yəni bunu deməkdə məqsədim odur ki, dönəmin ağır artilleriyasına sahib ruslar indiki Güney Azerbaycan cografiyasının ortasina qədər gedib çixmısdılar. Amma sonunda yalnız İrəvan ve Naxçıvan xanlıqlarının Gülüstan müqaviləsinin şərtlərinə əlavə edilməsi ilə razılaşdılar. Təbii ki bu anlasmada Britaniyanin təsirini də nəzərə almalıyıq. Hər halda sonucda bir millət olaraq itirdiklərimiz göz önündə. İkiyə bölünmüs, on illərlə bir birindən uzaq düsmüş, yaşam tərzi, psixoligiyası fərqli durumlarla üzləşmiş ,amma eyni soy-kökə malik bir millət var qarşımızda. Eyni zamanda bunun anti-tezi olaraq başqa bir yanasma da var . Quzey Azərbaycanın sonralar milli dəyərlərdən uzaq düsən Qacar hakimiyyətindən qopması ilə sonrakı mərhələdə orada Şərqdə ilk cumhuriyyətin yaranması üçün münbit şərait yarandı. Nəzərə alsaq ki, şərqdə ilk teatr, ilk qəzet və ilk professional musiqi əsəri də məhz bu dönəmdə və bu cografiyada yarandı. Amma bunu da unutmayaq ki,Türkmənçay müqaviləsinin bağlanması ilə Azərbaycan Türk coğrafiyasında erməni dövlətinin yaradilması haqda 182- ci il martin 21 də Çar 1-ci Nikolayın fərmanı var. Əslində həmin fərmana bu gün Quzeydə yasanan faciələrin başlanğıcı kimi də baxa bilərik. Bir sözlə Türkmənçay müqaviləsinə "qazandıqlarımız-itirdiklərimiz" yönündən baxsaq məncə itirdiklərimiz tərəf daha ağır basacaq.