“Səməd Vurğun bizim üçün örnək ola bilməz”

semed-vurgun-bizim-ucun-ornek-ola-bilmez-
Oxunma sayı: 771

Ümid Partiyasının sədr müavini Ruslan İzzətli Sərdar Cəlaloğlunun fikirlərinə haqq qazandırır. “Qafqazinfo”ya açıqlamasında Ruslan İzzətli deyib ki, Sərdar Cəlaloğlunun Səməd Vurğun haqda dedikləri doğru bir yanaşmadır: “Bu gün Azərbaycan gəncinə xalqı, milləti üçün mübarizə aparan insanları obraz kimi göstərmək lazımdır. Yoxsa dövrü, situasiyanı nəzərə alıb xalqın qəhrəmanlarını söyən, əksinə bu millətin düşməni olanları tərifləyən Səməd Vurğun kimiləri qəhrəman kimi göstərmək olmaz. Bu gün ədəbiyyatımıza, tariximizə baxsaq bu millətin əleyhinə danışanlar daha çox qabardılır, qəhrəman kimi göstərilir, nəinki millət üçün canını verən insanlar. Bizim üçün Hüseyn Cavid bir qəhrəmandır, gənclər üçün obrazdır. Amma Süleyman Rüstəm, Səməd Vurğun və bu tipdə və fikirdə olan insanlar müsbət obraz ola bilməz. Bir çox dostlar dövrün tələbinə görə bəzən Səməd Vurğuna haqq qazandırırlar. O zaman bu gün də əleyhimizə danışan saray şairlərini tənqid etməyək və dövrün tələbi kimi baxaq. Qəhrəman o insandır ki, hansı zamanda və hansı məkanda olmasından asılı olmayaraq haqqı deyir”.