Cümhuriyyət lideri uşaq və yeniyetmə çağların da namaz qılmasını 1913-cü ildə Məhərrəmlik ayı münasibətilə “ İqbal “ qəzetin də dərc olunmuş “ Oxşama” məqaləsin də belə təsvir edir: “ Yadımdadır, məscidə çox gedərdim. Namaz mənə şərən vacib olmadığı zamanlar belə bir çox qəza namazları keçən saqqallıların etmədiyi ibadətlərin icrasına həvəsli idim. Ramazan gecələrində məscidə gedər, sübh açılana kimi namaz qılardım- gecə namazı. Ən çox həzz aldığım yer məscid idi. Bir zamanlar məktəbə, sonra mətbəyə nə kim bir həvəslə gedirdimsə, o vaxt məscidə də öylə bir həvəslə gedirdim. Məsciddə qazanılacaq savabların hamısına məzhər olmaq da amalım idi..”
Göründüyü kimi, 29-30 yaşlı M.Ə.Rəsulzadə namaz qılması barədə keçmiş zaman da danışır. Fəal siyasətlə məşğul olduğu və ilk demokratik Azərbaycan dövlətinə başçılıq etdiyi dönəmlərdə isə Rəsulzadənin ibadət edib-etməməsi barədə hələki heç bir tarixi fakta rast gəlmmişəm.
Şərqin böyük dühası islam barədə sitat gətirdiyim məqalələrində, eləcə də digər yazılarında yüksək fikirlər söyləyir. 14 noyabr 1914-cü il tarixli “ İqbal “ qəzetin də Aşura haqqında yazdığı məqalədə Cümhuriyyət lideri İmam Hüseyni şər üzərin də qalib sayır, onu bir qəhrəman kimi vəsf edir, onu “ qalibiyyətin ən uca zirvəsini fəth etmiş mücahid” adlandırır. Eyni zaman da Aşuranı düzgün anlamağa, onu düzgün təbliğ etməyə və milli mücadiləmizdə İmam Hüseyn məktəbindən nümunə götürməyə çağırır.
Rəsulzadə hakimiyyət başında olduğu dövr də Parlamentdə keçmiş müəllimi “ İttihadi-islam” fraksiyasının üzvü S.Qənizadənin müsəlman ruhanilərininin də seçki prosesində iştirak təklifini “ Əlhəzər, ruhaniləri siyasətə qarışdırmayın..!” deyərək qətiyyətlə rədd edir. Sözsüz ki, burada dünyəvi dövlət modeli “ dini dövlətdə ayrıdır” prinsipinin də rolu var…
Bir çox məsəllərdə müstəqillimizi düşməni bolşeviklər də eyni mövqedən çıxış edən bu fraksiya 1920-ci ilin aprelin də Parlament də hökümətə ultimatum verəcək, Azərbaycan Cümhuriyyətinin işğalında şərait yaradan qüvvələrdən biri oldu. Digər tərəfdən ruhanilərin seçkiyə qatılması gənc dövlətimizə təhlükə idi. Çünki, dindən Rusiya və İran siyasi alət kimi istifadə edə bilər və digər tərəfdən Rəsulzadənin qurduğu dövlətin bayrağında nə qədər türk, islam olsa da amma bir dünyəvi dövlət idi..
Ruslan İzzetli