Qarabağlılar səfirləri danladılar

qarabaglilar-sefirleri-danladilar
Oxunma sayı: 700

Trend-in məlumatına görə, bunu Dağlıq Qarabağın Azərbaycanlı icmasının sədri Bayram Səfərov Bakıda səfərdə olan ATƏT-ə üzv ölkələrin Səfirləri ilə görüşündə deyib.

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının baş qərargahında ATƏT-ə üzv ölkələrin Səfirlərinin Azərbaycana səfərlərinin ikinci günündə Dağlıq Qarabağ İcmasının idarə heyətinin üzvləri, İcmanın sədri Bayram Səfərovun, İcmanın əlaqələndirmə şurasının sədri Orxan Əkbərovun və eləcədə ətraf rayonlardan olan nümayəndələrin iştirakı ilə görüş keçirilib.

Artıq iyirmi ildir ki, konfliktin həllinə çalışan beynəlxalq qurumların ikili standartlara yol verdiyini və konfliktin həllində qətiyyətli mövqe göstərmədiklərini iştirakçıların diqqətinə çatdıran Bayram Səfərov bu konfliktin yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərti ilə həll oluna biləcəyini xüsusi qeyd edib.

Görüşdə iştirak edən Norveçin ATƏT-dəki səfiri Robert Kvile iki gün öncə ATƏT səfirlərinin Ermənistana səfərinin olduğu və artıq iki gündür Azərbaycanda olduqları barədə informasiya verərək, qeyd edib ki, Ermənistanda da olduqları zaman Dağlıq Qarabağ əsas mövzu olub.

Görüşdə həmçinin Fransanın ATƏT-dəki səfiri François Alabrune çıxış edərək Qaçqın və Məcburi köçkünlərin bu günki durumundan xəbərdar olduqlarını və bu konfliktin həll olunmasında tərəflərin görüşlərinin keçirilməsi və ortaq təmas nöqtəsinin tapılmasının vacibliyini vurğulayıb. Eyni zamanda səfir xüsusi olaraq qeyd edib ki, konfliktin həllində yeni bir mərhələyə və konflikti mövcud durumdan daha da irəliyə aparamaq üçün işğal olunmuş rayonlardan olan məcburi köçkünlərin ən qısa zamanda öz torpaqlarına qaytarılması vacib şərtdir.

Görüşdə iştirak edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov beynəlxalq qurumları ikili standartlara son qoyaraq, konfliktin konstruktiv həll olunması və köçkünlərin yaxın zamanda öz doğma yurd yuvalarına qayıtmasının təmin edilməsinin hər bir azərbaycanlının arzusu və istəyi olmasını dilə gətirib.

Görüşdə iştirak edən millət vəkili Elman Məmmədov əslən Xocalı şəhərindən olduğunu qeyd edərək bildirib ki, Xocalıda törədilən vəhşiliklərin şəxsən şahidi olmuş və bu ağrı acını bu günə qədər nəinki Xocalıdan olan, eləcədə digər soydaşlarımızın hələ də yaşadıqlarını vurğulayıb. Millət vəkili ATƏT səfirlərinin simasında bütün dünya birliyini bu vəhşiliyə, soyqrıma layiqli hüquqi qiymət verməyə çağırıb.

Bunlarla yanaşı görüşdə iştirak edən digər üzv ölkələrdən Luksemburg, Yunanıstan, İsveçrə və Türkiyə səfiri çıxış edərək konfliktin həlli ilə bağlı öz fikir və təkliflərini irəli sürüblər.