“Publik”, yoxsa ictimaiyyət? - Parlamentdə mübahisə

publik-yoxsa-ictimaiyyet-
Oxunma sayı: 2213

Milli Məclisin bu gün keçirilən iclasında “Publik hüquqi şəxslər haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, layihə barədə məlumat verən deputat Rəfael Cəbrayılov bildirib ki, belə bir qanun və ondan irəli gələn vəzifələr Azərbaycanda yeni olsa da bəzi inkişaf etmiş ölkələrdə mövcuddur: “ Azərbaycan Prezidenti tərəfindən təqdim olunan qanun layihəsi 9 maddədən ibarətdir. Yeni qanuna əsasən, Azərbaycanda publik hüquqi şəxslərin yaradılması, fəaliyyət göstərməsi və təşkili qaydaları müəyyən edilir. Qanunda göstərilir ki, publik hüquq – ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur. Publik hüquqi şəxs isə dövlət və bələdiyyə adından, yaxud publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır”.

Müzakirə zamanı deputat Şəmsəddin Hacıyev qanunda “publik” sözünü işlənməsinə irad bildirirərək, bunun”ictimaiyyət” sözü ilə əvəzlənməsini istəyib. Ona cavab olaraq spiker Oqtay Əsədov isə deyib: “Şəmsəddin Hacıyev, parlamentin Elm və təhsil komitəsinin sədri kimi bu sözə alternativ, mənasını əhatə edən söz tap dəyişək. Yəni gör ictimaiyyət sözü həqiqətən məna etibarı ilə bunu əvəz edirsə, dəyişək. Sonra irad bildir”.

Deputat Asim Mollazadə də qanunun adının Azərbaycan dilində yazılmasını təklifini səsləndirib.