Toplantıda İctimai Televiziyanın palatanın tədbirlərini işıqlandırmaq və quruma efir vaxtı vermək haqqında müraciətinə cavabı müzakirə olunub. Cavab məktubunda palatanın İctimai Televiziya haqqında təsəvvürlərinin həqiqəti əks etdirmədiyi vurğulanıb.
İyunun 20-də Koordinasiya Şurası adından yayılan açıqlamada deyilir ki, İctimai Televiziyanın verdiyi məlumatlar plüralizmə söykənmir və ölkədəki real vəziyyəti əks etdirmir: “Bir daha İctimai Televiziyanı İctimai Palatanın tədbirlərinə dəvət edirik. 21 iyun 2012-ci il saat 12-də İctimai Palatanın “Seçki dinləmələri” mövzusunda dəyirmi masası təşkil olunub. Dinləmələr Müsavat Partiyasının mərkəzi qərargahında keçiriləcək”.