Onun sözlərinə görə bir neçə nəfər “bozqurdçu” çayxanada oturub söhbət etdiyi vaxt onlara yaxınlaşan şəxlər, “polis” qışqıraraq onları yerə yıxdılar, İsgəndər Həmidovun isə qollarını buraraq maşına otuzdurublar. E. Tağıyev onların ya MTN-dən, ya da DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə idarəsindən olduqlarını ayırd edə bilmədiklərini deyir.
Güman olunur ki, sabiq daxili işlər naziri və keçmiş siyasi məhbus Həmidovun həbsi dünən Novxanıda keçirilən mitinqdə hakimiyyətin ünvanına səsləndirdiyi sərt ifadələrlə bağlıdır.
Son xəbərlər
Son Xəbərlər