İlham Əliyev Atambayevlə görüşdü

ilham-eliyev-atambayevle-gorusdu
Oxunma sayı: 744

“Qafqazinfo”nun AzerTac-a istinadən verdiyi məlumata görə, Almazbek Atambayevlə görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə olunub. Qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafına böyük töhfə verdiyi vurğulanıb. İkitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcud olduğunun bildirildiyi görüşdə dövlətlərimiz və xalqlarımız arasında münasibətlərin möhkəm dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı bildirilib.

İlham Əliyev və Nikolaye Timofti görüşdə Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd ediblər. İkitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

Qeyd edək ki, prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri başa çatıb.