“Qafqazinfo” xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bugünkü iclasında deyib.
“Bizim bütün nümayəndə heyətləri deyirlər ki, Ermənistana sanskiya tətbiq edilsin. Sanskiya tətbiq edirsinizsə, o birilərə də tətbiq edin. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü təsdiqləyib. Bizə həmişə deyirlər ki, problemlər dialoqla həll edilsin. AŞPA-da hər dəfə deyirik ki, onlara da sanskiya tətbiq edin . Biz də istəyirik ki səsimiz eşidilsin”.