“Fransada İslamla bağlı problem var” - Olland

fransada-islamla-bagli-problem-var
Oxunma sayı: 1493

Fransa prezidenti Fransua Olland İslamla bağlı problemin olduğunu söyləyib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prezident “Le Monde” qəzetinə verdiyi müsahibələrdən ibarət olan kitabda “İslam dini qarşı mövqeyiniz necə olacaq?” sualına “İslamla bağlı bir problem var. Buna şübhə yoxdur. Çünki İslam daha çox yer və tanınma tələb edir” deyə cavab verib.

Ölkə başçısı Fransada İslam və müsəlmanlarla bağlı fikirlərini dilə gətirib.

“İslamın özü təhlükə deyil. Əsl problem İslamın, respublikanın (Fransa) içində bir din olaraq ortaya çıxmasıdı. Müsəlmanlar radikal hərəkətləri pisləməsə və imamlar respublika əleyhinə hərəkət etsə, bu vəziyyət problem yarada bilər”.