Etibar Salmanlı prokurorluqda dindirilib

etibar-salmanli-prokurorluqda-dindirilib
Oxunma sayı: 1072

“Qafqazinfo”nun məlumatına görə, Etibar Salmanlı bu barədə Facebook hesabında yazıb. O, Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 6 saat dindirildiyini yazıb.

Hələ ki, Etibarın nə səbəbə istintaqa çağırıldığı məlum deyil.

Qeyd edək ki, Etibar Salmanlı NİDA-nın üzvü olub. O, bir müddət əvvəl NİDA-dan istefa verib.

***
“İfadəm əsasən “Nida” Vətəndaş Hərəkatının həbsdə olan üzvlərinin işi ilə bağlı idi. Müstəntiqə bir il əvvəl “Nida”nı tərk etdiyimi bildirdim. İstintaq sirri olduğu üçün detallar barədə danışmaq istəmirəm. İdarədə mənə heç bir təzyiq olmadı”. Bu sözləri “Media forum” saytına açıqlamasında Etibar Salmanlı deyib.

“Nida” Vətəndaş Hərəkatının üzvləri Bəxtiyar Quliyev, Məmməd Əzizov, Şahin Novruzlu, Rəşad Həsənov, Üzeyir Məmmədli, Rəşadət Axundov, Zaur Qurbanlı həbsdədir. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi onlara mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq partlayıcı maddələr əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə ittihamı irəli sürüb.