“Qafqazinfo” xəbər verir ki, qanuna təklif olunan dəyişiliklərdə cəzalar xeyli sərtləşdirilib.
Həmin təklifləri təqdim edirik:
114.1 Muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermək, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə etmə- səkkiz ildən on iki ilədək azadlıqdan məhrum etmə və cəzalandırma
114.2 Eyniz əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya yetkinlik yaşına çatmayan barəsində törədildikdə- doqquz ildən on beş ilədək azadlıqdan məhrum etmə və cəzalandırma
114.3. Muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı—
beş ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
214.1. Terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə-— əmlakı müsadirə olunmaqla on ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
214.2. Eyni əməllər:
214.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;
214.2.2. təkrar törədildikdə;
214.2.3. odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə;
214.2.4. ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda- əmlakı müsadirə olunmaqla on iki on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 214-1. Əldə olunma mənbəyindən asılı olmayaraq pul vəsaitlərinin və ya digər əmlakın tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə u Məcəllənin 102, 214, 214-2, 214-3, 215, 219, 219-1, 226, 227, 277, 278, 279, 280, 282, və 283-1 maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup tərəfindən hazırlanmasının təşkil olunmasını və ya törədilməsini maliyyələşdirilməsi üçün yaxud götərilən cinayətlərin törədilməsi məqsədi ilə şəxsin və ya həmin məqsədlə yaradılan qrupun təmin edilməsi üçün istifadə olunacağını bilərək pul vəsaitlərinin və ya digər əmlakın qəsdən həmin məqsədlə toplanılmasıvə ya verilməsi- on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
283.1. Milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə- min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
283.2. Eyni əməllər:
283.2.1. zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə;
283.2.2. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
283.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə- üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edək ki, dəyişikliklər terrorçuluqla mübarizədə görülən tədbirlərin effektliliyinin artırılması məqsədilə edilir.
Qanuna təklif olunan dəyişikliklər səsə qoyularaq qəbul edilib