Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Media forum” saytına belə deyib.
Səməd Seyidov bildirib ki, AŞPA-nın qış sessiyasında Azərbaycanla bağlı iki məruzə müzakirə olunacaq: “Sessiyaya iki məruzə təqdim olunub. Bunlardan birini AŞPA-nın Monitorinq Qrupu təqdim edib. Həmin məruzədə xeyli tənqidi məqam var. Amma biz bu məruzə üzərində işləməyə, bununla bağlı əməkdaşlığa və onun müzakirəsini aparmağa hazırıq.
İkinci məruzəni isə Kristofer Ştrasser hazırlayıb. O, bəzi məhbusların adı olan siyahı da hazırlayıb. Kristofer Ştrasserin gördüyü bu işlər onun insan haqlarından sui-istifadə edərək Azərbaycana təzyiq göstərmək cəhdini əks etdirir. Bununla bağlı mövqeyimizi Avropa Şurasına da bildirmişik”.
2013-cü il yanvarın 23-də Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçiriləcək qış sessiyasında siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasserin “Azərbaycanda siyasi məhbuslar məsələsində atılmalı olan addımlar” adlı hesabatı müzakirə olunmalıdır.
Ştrasserin siyahısında bu məhbusların adı var: Abbasov Fəramiz, Abdullayev Şəmsi, Ağayev Fərid, Axundzadə Rufulla, Ələkbərov Taleh, Əliyev Ceyhun, Əliyev Fərhad, Əliyev Məmmədəli, Əliyev Rafiq, Əliyev Rəşad, Əliyev Sadıx, Əmiraslanov Elçin, Arbarov Taleh, Əsgərov Məmməd, Bədəlov Rövşən, Bayramlı Anar, Dadaşbəyli Səid, Fərzullayev Ceyhun, Qəniyev Arif, Qocayev Samir, Qonaqov Vüqar, Quliyev Zaur, Quliyev Bəybala, Qurbanov Maarif, Həsənli Şahin, Hüseynov Maqsud, Hüseynov Vaqif, İdrisov Mikayıl, İlyasov Fəxri, İnsanov Əli, İsgəndərov Zaur, İsgəndərli Vidadi, İsmayılov Rəşid, Cəbiyev Azər, Canıyev Aydın, Kərimov Dəyanət, Kərimov Kamran, Kərimov Kəramət, Kərimov Rasim, Xasməmmədov Taleh, Kazımov Arif, Kərimov Cahangir, Məhərrəmov Nadir, Məşimov Rahib, Məmmədov Bəxtiyar, Məmmədrzayev Firdovsi, Məmmədəliyev Sahib, Məmmədvəliyev Səbuhi, Məmmədov Məmməd, Mehbalıyev Emin, Musayev İlqar, Mustafayev Elşad, Mustafayev Həsən, Mustafayev Məqsəd, Nuriyev Rüfət, Pənahlı Nemət, Poladov Səfa, Qayıbov İntiqam, Səfərəliyev Əlfət, Səmədov Dəyanət, Səmədov Mövsüm, Seyidov Elnur, Şahmuradov Yaşar, Tahirov Əliyusif, Zeynallı Əvəz.