AXCP-də istefa

axcp-de-istefa
Oxunma sayı: 1149



“Qafqazinfo” xəbər verir ki, bu barədə “168 saat”a partiyanın Sumqayıt şəhər təşkilatının keçmiş sədri Kəmaləddin Rəhimov məlumat verib. Keçmiş sədrin bildirdiyinə görə artıq 49 nəfər istefa ərizəsi yazıb: “Artıq 49 nəfər istefa verməsi barədə ərizə yazıb. İstefalar bununla bitməyəcək. Bakı və Gəncə təçkilatlarından ən azı bizdəki qədər istefalar olacaq”.

Partiya üzvlüyündən imtina qərarının səbəbinə gəlincə, K.Rəhimov qərarı bu cür şərh edib: “Partiya rəhbərliyinin mövqesizliyi, qətiyyətsizliyi, ən əsası isə çoxlarının hakimiyyətlə əməkdaşlığı bizi bu qərarı qəbul etməyə məcbur etdi”.

İstefalarla bağlı AXCP sədrinin müavini Fuad Qəhrəmanlı “Qafqazinfo” ya açıqlama verib. O bildirib ki, Partiyanın Sumqayıt şəhər təşkilatından 49 nəfərin istefa verməsi ilə bağlı yayılan məlumatlar əsassızdır: “Xeyli müddətdir ki, həmin təşkilatın bir nəfər siravi üzvü partiyadan istefa verib. İndi isə həmin adam bu xəbəri yaymaqla cəmiyyətdə ajiotaj yaratmaq istəyir. Odur ki, kütləvi istefa ilə bağlı məlumatlar həqiqəti əks etdirmir”. 

Günel Türksoy