Layihənin aparıcı təşkilatı olan “Təlim və İnkişaf İnstitutu” (ABŞ) Azərbaycandan olan 14 fiziki tərbiyə müəllimi və əlillik sahəsində çalışan mütəxəssislərin idmanın əlilliyi olan gənçlər üçün adaptasiyası və təşviqi üzrə Amerika Birləşmiş Ştatlarının Massaçusets ştatına təcrübə mübadiləsi səfərini təşkil edəcək. “Qafqazinfo” səfirliyin mətbuat xidmətində istinadən xəbər verir ki, səfərin davamı olaraq 6 nəfərdən ibarət Amerikalı mütəxəssis azərbaycanlı həmkarlarına dəstək olmaq üçün Azərbaycana gələcək.
Amerika Birləşmiş Ştatlarında 3 həftəlik təcrübə mübadiləsi səfəri zamanı azərbaycanlı iştirakçılar Amerikalı mütəxəssislər və əlilliyi olan gənclərlə birgə təlim, idman və sosial fəaliyyətlərə cəlb olunacaqlar.
Layihədə iştirak üçün müraciətçilər aşağıdakı tələbləri ödəmlidirlər:
• Adları aşağıda qeyd olunan rayon/şəhərdə yaşayan və ya işləyən fiziki tərbiyyə müəllimi yaxud əlillik üzrə mütəxəssis 1) Bakı, 2) Sumgayıt, 3) Mingəçevir, 4) Masallı 5) Xaçmaz və 6) Şəki
• Layihənin məqsəd və vəzifələrini yaxşı başa düşməli;
• Layihədə nəzərdə tutulmuş işlərin həyata keçirilməsi və ABŞ-dan qayıtdıqdan sonra fəaliyyət planına uyğun içlərin icrasına dair öhdəliyin yerinə yetirilməsini nümayiş etdirməli;
• Yeniliyə hazır olmalı;
• Xarici ölkələrə səfərə dair məhdud da olsa təcrübəsi olmalı;
• ABŞ dövləti tərəfindən maliyyələşən heç bir oxşar proqramın iştirakçısı olmamalıdır;
ABŞ-a səfər zamanı nümayəndə heyəti tərcüməçi ilə təmin edildiyindən iştirakçılara ingilis dilini bilmək tələb olunmur. Birləşmiş Ştatlardan olan amerikalı iştirakçılar eyni meyarlara uyğun şəkildə 2014-ci ilin payızında seçiləcəklər.
Seçilmiş Azərbaycanlı və Amerikalı iştirakcıların bütün səfər xərcləri icraçı təşkilat tərəfindən ödəniləcəkdir.
Təlim və İnkişaf İnstitutu Massaçutes ştatının Amherst şəhərində yerləşən qeyri – kommersiya təşkilatıdır (baxın: http://www.itd-amherst.org/). Təlim və İnkişaf İnstitutunun İcraçı Direktoru xanım Juli E. Huks layihənin direktorudur və layihənin icrasına nəzarəti həyata keçirir. Xanım Huksla aşağıdakı internet ünvanı ilə əlaqə saxlaya bilərsiniz : [email protected]
Son xəbərlər
Son Xəbərlər