“20 il dalbadal uduzan siyasətçilər neçə rəva görürlər ki?”

20-il-dalbadal-uduzan-siyasetciler-nece-reva-gorurler-ki
Oxunma sayı: 885


“Qafqazinfo” xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb. Qeyd edib ki, dünən Böyük Britaniya yeni bir seçki tarixi yazdı: “Bu seçki Azərbaycan üçün bir məqamla yadda qala bilər. Uduzan partiyaların partiya sədrliyindən istefa verməsi. Ana müxalifətin leyborist lideri Ed Miliband öz partiyasının parlament seçkilərindəki məyusedici məğlubiyyətinin ardınca istefasını elan edib. Yazıq nə yatdı ki, nə yuxu görə. Amma, o gözəl bilir ki, hansı səbəbdən olursa olsun, məğlubiyyət məğlubiyyətdir. Onu dartışmaq demokratik liderlər üçün uyğun hal deyil. Kaş Azərbaycan üçün də bu keçərli ola. Hansı səbəbdən olursa olsun, 20 il dalbadal uduzan siyasətçilər neçə rəva görürlər ki, yenə də onlara lider deyib yuxarı başa keçirsinlər? Azərbaycanda da siyasi istefa mədəniyyəti formalaşmalıdır. Yalnız müxalifət üçün yox, iqtidar üçün də. Bu gün iqtidarı dəstəkləyən və 20 ildir onun yanında bir neçə mandata xidmət edən partiyalar var. Onların da liderləri istefa mədəniyyəti nümayiş etdirməlidir. Qayıdaq Londona. Cənab Miliband istefa çıxışında qeyd edib ki, liderliyi “bir başqasının” ələ alması vaxtı çatıb. Leyboristlər yeni lider seçənədək keçid başçı rolunu partiya sədrinin müavini Harriet Harman oynayacaq. Görəsən, Azərbaycanda hələ çatmayıb? Bu məsələyə elə cənab Milibandın münasibəti maraqlı olardı. Norveçin Azərbaycandakı keçmiş səfiri Steinar Gil münasibətini açıqlayıb. O deyib ki, “Mən gedəndən nə xarici işlər naziri dəyişməyib, nə Hacıbala, eyni adamlardır hakimiyyətdə. Gənclər gəlməlidir hakimiyyətə”. Sonra əlavə edib. “Əli Kərimi, İsa Qəmbər.. Eyni adamlardır illərcə. Dəyişmək lazımdır. Müxalifətə də gənclər qoşulmalıdır..”. İsa Qəmbər artıq başqanlıqdan gedib. Bu gözəl nümunədir. Amma, siyasətdən getməsini heç kim əmr edə bilməz. Digərləri üçün də bu örnək olmalıdır. Britaniyanın hökumət koalisiyasına daxil Liberal Demokrat Partiyası da bu seçkidə ağır məğlubiyyətə uğradıqdan sonra onun lideri, baş nazirin müavini Nick Clegg istefasını elan edib. Onun partiyasının mandat sayı keçən seçkilərdəki 56-dan 8-ə enib. Nick Clegg partiyasının ağır məğlubiyyəti üçün şəxsi məsuliyyətini etiraf edib”.

Onun sözlərinə görə, son illər Britaniyanın siyasi landşaftında xeyli populyar olmuş sağçı partiya UKİP-in lideri Nigel Farage da istefaya gedib: “Mühafizəkarlar Partiyasının ümumi seçkilərdə inamlı qələbəsi baş nazir David Cameronun uğurudur, liderlik bacarığıdır. O qələbə qazanaraq böyük siyasətdə qalıb. Azərbaycanın klassik siyasətçiləri hansı uğurlara və başarılara görə siyasətdə yerlərini möhkəmləndirmək və özlərini xalqa lider kimi sırımaqda davam edirlər? Azərbaycanda da dəyişikliyə böyük ehtiyac var. Bu böyük ehtiyacı qarşılamaq üçün qolumuzu daha yuxarı çırmalamaqla məşğuluq”.