“Qafqazinfo” xəbər verir ki, Hadisə şahidlərinin oxu.az-a verdikləri məlumata görə, gənc bir oğlan iki xanıma söz atıb, xanımlardan biri oğlanın bu hərəkətinə sərt cavab verib. Qızın cavabı oğlanın xoşuna gəlmədiyi üçün o qızların birinə nalayiq hərəkətlər etmək istəyib. Lakin söz atan oğlanın niyyəti gerçəkləşməyib. Belə ki, xanımlardan biri peşəkar idmançı olub.
İdmançı xanım ona qarşı nalayiq hərəkətlər etmək istəyən oğlanı elə küçənin ortasındaca əzişdirib.