“Putin heç vaxt romantik olmayıb” – - Lyudmilanın xatirələri

putin-hec-vaxt-romantik-olmayib-
Oxunma sayı: 5970

 

Dünən Rusiya prezidenti Vladimir Putin canlı efirdə arvadı Lyudmila Putina ilə boşandıqlarını elan etdikdən sonra bu mövzu dünya mediasının gündəmini zəbt edib. Onların həyat tarixçələri ilə bağlı maraqlı məqamlar üzə çıxmaqdadır.

 “Qafqazinfo” xəbər verir ki, Lyudmila Putina vaxtilə Oleq Bloçkovun “Vladimir Putin. Həyatın tarixi” adlı kitabında öz maraqlı xatirələrini paylaşıb.

 O, Vladimir Putinlə nigahda olmağın çox çətin olduğunu bildirib:

 “Həmişə elə situasiyalar yaranırdı ki, mən heç cürə rahat ola bilmirdim. Hər dəfə nə iləsə mübarizə aparmalı idim. Xizəklər, dağlar və dəniz Putini məndən ayrı salırdı”.

 Putinanın prezidentin anası Mariya İvanovna ilə bağlı xatirələri də heç də xoş deyil: “Xatırlayıram ki, bir dəfə mətbəxə dail oldum və Vladimir Vladimiroviçin anası Maroya İvanova orada idi. Biz nə isə haqda danışmağa başladıq və birdən mətbəxə Volodi Aleksey daxil olaraq ondan soruşdu: “Sizcə Lyuda necədir?”. O isə cavabında, “Əlbəttə, o pis deyil. Yaxşı qızdır” dedi.

 Gizlətməyəcəm, o an çox pis oldum, bu söz ürəyimə toxundu”.

 Lyudmila Putinin ona çox az vaxt ayırdığından da bəhs edib: “Putin həmişə görüşlərə yarım saat gecikirdi. İş həyatını şəxsi həyatından üstün tuturdu. Gecikmə səbəbini həmişə işi ilə izah edirdi. İşinə göstərdiyi dəqiqliyi mənlə görüşlərə göstərmirdi.

 Putin heç vaxt romantik olmayıb. Mənə evlilik təkllifini toy mərasiminin keçiriləcəyi tarixi deməklə etdi.

 Hətta, ərimin işi haqqında heç vaxt tam məlumatım olmayıb. İlk vaxtlar onun KQB-də xidmət göstərdiyini bilmirdim. O, bunu gizlədirdi və işi haqqında danışmazdı”.

 Qeyd edək ki, Lyudmila Putina 1958-ci ilin yanvarında Kalininqradda fəhlə ailəsində doğulub. O, bir çox sahələrdə - sanitar, poçtalyon, stüardessa kimi fəaliyyət göstərib.

 Vladimir Putinlə Leninqradda tanış olub. O vaxtlar Putin KQB-də işləyirdi. Onlar 1983-cü ildə Leninqradda ailə qurublar. İki il sonra Mariya, daha bir il sonra isə Yekaterina adlı qızları dünyaya gəlib. Məlumata görə, prezidentin qızları hazırda Moskvada yaşayır və orada da təhsil alıb işləyirlər.

 Xatırladaq ki, dünən “Rusiya -24” kanalının efirində prezident Vladimir Putin və arvadı Lyudmila boşandıqlarını rəsmən elan ediblər. Putin bu qərarını “sivil boşanma adlandırıb”. O, həmçinin qeyd edib ki, bu qərarı Lyudmila Putinlə birgə qəbul edib. Lyudmila da bunu təsdiqləyərək “mən Vladimir Vladimiroviçə qoşuluram, bu doğrudan da bizim ümumi qərarımız oldu” ifadəsini işlədib.