“Qafqazinfo”nun məlumatına görə, Röya “Onlar” verilişinə açıqlamasında xalq artistinə təşəkkürünü bildirib:
“Təşəkkür edirəm, Allah hər kəsin uğurunu dəyərləndirsin. Hamı sevənləri üçün, nəsə etmək üçün əziyyət çəkir. Hamımıza uğurlar arzulayıram. Adaylarda olsam da, bu mənim üçün vacib deyil, buna iddialı deyiləm. Mən sadəcə işimi görürəm. Lüt kişini verəcəklər, biz də xoşbəxt olacağıq? Bəlkə illər sonra bu nominasiya mənim üçün maraqlı olar, amma indi mənim üçün maraqlı deyil”.
Qeyd edək ki, Aygün Kazımova Röyaya uğurlar arzulamışdı:
“Röyanın müsabiqədə iştirakçı olduğunu bilirəm. Ona ürəkdən uğurlar arzulayıram, sağ əli olmayanların başına. Bəziləri deyir ki, aday olmaqda nə var ki, bunu böyük xəbər edirlər? Heç kimin əməyini kiçiltməyin, cılızlaşdırmayın. Bu böyük bir göstəricidir”.