“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, hadisə Qax Mərkəzi Xəstəxanasında qeydə alınıb. Belə ki, 1978-ci il təvəllüdlü Ağayeva Qızbəs səhər saatlarında doğuş zamanı dünyasını dəyişib. 7 aylıq körpənin isə həyatını xilas etmək mümkün olmayıb. Körpə qız uşağı olub və bu qadının 3-cü hamiləliyi olub.
Doğuş təbii yolla həyata keçirilib.
İlkin məlumata görə, doğum zamanı ölümün baş verməsinə tromblaşma səbəb olub
Qeyd edək ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər