Zeynalova Rusiyanın ən yaxşı aparıcısı oldu - Video

zeynalova-rusiyanin-en-yaxsi-aparicisi-oldu
Oxunma sayı: 2686

Rusiyanın 42 yaşlı Azərbaycan əsilli aparıcısı Svetlana Zeynalova “Successful Ladies Awards” mükafatının “Rusiyanın ən yaxşı aparıcısı” nominasiyasında qalib gəlib. 

“Qafqazinfo”nun “cosmo.ru” saytına istinadən məlumatına görə, mükafatlandırılma mərasimində aparıcını dəstəkləməyə gələnlər arasında qeyri-rəsmi nikahda yaşadığı həyat yoldaşı Dmitri Lenski də olub. O, səhnəyə qalxan Svetlananı telefona çəkib.  

“Əməyimi dəyərləndirdiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun”, - deyə Zeynalova ona dəstək olanlara minnətdarlığını bildirib.

Qeyd edək ki, S. Zeynalova “Birinci kanal”ın efirində yayımlanan “Dobroye utro!” verilişinin aparıcılarından biridir.