Bu gün səhər saat 08:16 radələrində baş verən zəlzələ ilə əlaqədar təcili yardıma müraciət edən olmayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilir ki, Xəzər dənizində baş verən 5.6 maqnitudalı zəlzələ ilə bağlı son məlumata əsasən, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olmayıb.
***
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları gücləndirilmiş iş rejiminə keçirilib. Zəlzələ ilə bağlı “103” xidmətinə edilən çağırışların sayında artım müşahidə olunmayıb.
Eyni zamanda tibbi xidmət ehtiyacının yarana bilmə ehtimalı nəzərə alınaraq, TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Son xəbərlər
Son Xəbərlər