Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 31-də Türkiyəyə işgüzar səfər edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Burhanəddin Duran “X” hesabında məlumat verib.
Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq səfər çərçivəsində İstanbulda görüşlər keçiriləcək.
Görüşlərdə Türkiyə ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində atılacaq addımlar, Rusiya-Ukrayna müharibəsi, Qara dənizdə təhlükəsizlik vəziyyəti, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunacaq.
Cumhurbaşkanımız Sayın Recep Tayyip Erdoğan’ın davetine icabetle Ukrayna Devlet Başkanı Volodimir Zelenskiy, 31 Ekim 2026 tarihinde ülkemize bir çalışma ziyareti gerçekleştirecektir.
İstanbul’da yapılacak görüşmelerde, Türkiye ile Ukrayna arasındaki ikili iş birliğinin daha da geliştirilmesi amacıyla atılabilecek adımlar ile Rusya-Ukrayna Savaşı ve Karadeniz’deki güvenlik durumu başta olmak üzere bölgesel ve uluslararası gelişmeler ele alınacaktır.
— Burhanettin Duran (@burhanduran) October 30, 2026
Son xəbərlər
Son Xəbərlər