Zelenski buna görə Maskı günahlandırdı

zelenski-buna-gore-maski-gunahlandirdi
Oxunma sayı: 289

Ukrayna Prezidenti Volodimir Zelenski “Starlink”in fəaliyyətindəki problemlərə görə amerikalı sahibkar İlon Maskı günahlandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “The Telegraph” məlumat yayıb.

“Ukrayna hərbçiləri baş verənlərin təfərrüatlarını artıq araşdırıblar. Bunlar təsadüfi xətalar deyil, sistemli sürət məhdudiyyətləridir”, - Zelenski deyib.

Nəşr qeyd edir ki, Zelenski bu ittihamları amerikalı danışıq aparıcıları Stiv Uitkoff və Jared Kuşnerin Moskvaya səfəri fonunda səsləndirib.