Zaqatalada 80 yaşlı kişinin axtarışları davam edir - Video

zaqatalada-80-yasli-kisinin-axtarislari-davam-edir
Oxunma sayı: 420

Zaqatala rayonunun Kebeloba kəndində meşəlik ərazidə itkin düşdüyü ehtimal edilən 1946-cı il təvəllüdlü Xəlil Mustafa oğlu Mustafayevin axtarışları davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və polis əməkdaşlarının birgə iştirakı ilə vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə həyata keçirilir.

Qeyd edək ki, axtarışlara FHN-in xüsusi təlim görmüş itləri də cəlb olunub.