Zaporojyedə 8 min nəfər Rusiya vətəndaşlığı əldə edib

zaporojyede-8-min-nefer-rusiya-vetendasligi-elde-edib
Oxunma sayı: 1996

Ukraynanın Zaporojye vilayətinin 8 mindən çox sakini Rusiya vətəndaşlığı əldə edib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı regionun hərbi-mülki administrasiyasının rəhbəri Yevgeniy Baliçkiy açıqlayıb. 

Xəbəri rus dilində oxuyun: Bank Respublika организовал традиционный пресс-тур для журналистов

Bildirilir ki, bu yaxınlarda Zaporojye vilayətində Rusiyanın doğum haqqında şəhadətnamələrinin verilməsinə başlanılıb. Hazırda bu cür şəhadətnamələr Melitopol, Berdyansk və Enerqodar şəhərlərində verilir. 

Xatırladaq ki, Rusiya ordusu Ukraynadakı müharibə zamanı Zaporojye vilayətinin bir hissəsinə nəzarəti ələ keçirib. Hazırda vilayətin Rusiyanın tərkibinə daxil olması ilə bağlı referenduma hazırlıqlar gedir və bu referendum sentyabrın ilk yarısı baş tuta bilər.