Şirvan kanalında sızma olub - Foto+Yenilənib

sirvan-kanalinda-sizma-olub
Oxunma sayı: 2272

Göyçayda Şirvan kanalının rayonun Şəhadət kəndi ərazisindən keçən hissəsində (Köhnə çay yatağı) sızma olub.

“Qafqazinfo” xəbər verir ki, yaşayış yerlərində subasma hadisəsi hələ ki, qeydə alınmayıb.

Ərazilər tam nəzarət altındadır.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, Göyçay Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Hazırda hadisənin fəsadları aradan qaldırılır.

***

Şirvan Suvarma Kanalının İstismarı İdarəsindən verilən məlumata görə, təxminən saat 16:00 radələrində kanalda sızma olub.

Hadisə yerinə dərhal  FHN-nin əməkdaşları, Göyçay Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin həmçinin Şirvan Suvarma Kanalının İstismarı İdarəsinin texnikaları və canlı qüvvələri, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda su basan boş ərazilərdəki fəsadlar aradan qaldırılmaqda davam edir.

Subasmanın digər yaxın ərazilərə keçməsinin qarşısı alınır.

***

ADSEA-dan bildirilib ki, kanalda baş verən sızmanın qarşısı alınıb, hazırda ərazidə təmir-bərpa işləri aparılır.

Yunis Quliyev