Yunanıstanın Baş nazirinin iqamətgahında yanğın olub

yunanistanin-bas-nazirinin-iqametgahinda-yangin-olub
Oxunma sayı: 1424

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin iqamətgahında yanğın baş verib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, hadisə Maksim Sarayı adlı iqamətgahın anbarında qeydə alınıb. 

Yanğının söndürülməsinə 24 canlı qüvvə və 7 texnika cəlb edilib. Əraziyə az əhəmiyyətli maddi ziyanın dəydiyi bildirilir. 

Hazırda insidentin səbəbləri araşdırılır.