Yük maşını 12 yaşlı velosipedçini vurub öldürdü

yuk-masini-12-yasli-velosipedcini-vurub-oldurdu
Oxunma sayı: 531

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, S.Quliyev idarə etdiyi “Renault Master” markalı yük avtomobili ilə rayonun Qoyunbinəsi kəndinin ərazisində velosipedlə hərəkətdə olan 2014-cü il təvəllüdlü Eltac Elçin oğlu Məmmədlini vurub.

Yeniyetmə hadisə yerində vəfat edib.

Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanaraq istintaq aparılır.