Yubileyi günü vəzifəsinin icrasına başladı

yubileyi-gunu-vezifesinin-icrasina-basladi
Oxunma sayı: 1835

Ramzan Kadırov növbəti dəfə Çeçenistanın rəhbəri vəzifəsinin icrasına başlayıb. 

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, o, Qroznıda keçirilən təntənəli mərasimdə çeçen və rus dillərində and içib. 

Daha sonra regional hökumətin başçısı Məhəmməd Daudov ona respublika rəhbərinin ştandartını təqdim edib.

Qeyd edək ki, bu gün həmçinin Kadırov 50 illik yubileyini qeyd edir. 

Xatırladaq ki, Ramzan Kadırov 2011-ci ildən Çeçenistana rəhbərlik edir. O, 2021-ci il seçkilərində 99,7%, 2026-cı il sentyabrın 18-20-də keçirilən seçkilərdə isə 99,85% səslə regionun rəhbəri seçilib.