“Yosma” və “SUM” romanları təqdim edildi - Fotolar

yosma-ve-sum-romanlari-teqdim-edildi
Oxunma sayı: 1337

Ötən gün Sərdar Aminin “Yosma” və Məlik Rzanın “SUM” romanları təqdim edilib.

“Qafqazinfo” xəbər verir ki, mərasim “Misra Book Cafe”də keçirilib.

Təqdimatda ədəbiyyat adamları yeni romanları analiz edib, onların müəlliflərinin ədəbi fəaliyyəti barədə fikirlərini bildirib.

Daha sonra müəlliflər “SUM” və “Yosma” romanlarını oxucular üçün imzalayıb.