Yevlaxda TIR mikroavtobusla toqquşdu - Ölən və xəsarət alan var

yevlaxda-tir-mikroavtobusla-toqqusdu
Oxunma sayı: 355

Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəza Bakı-Qazax avtomagistralının rayonun Duzdağ qəsəbəsi yaxınlığından keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes Vito” markalı kiçik tutumlu sərnişin avtomobili “KamAZ” markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində “Mercedes Vito”nun sürücüsü avtomobildə sıxılmış vəziyyətdə qalaraq hadisə yerində həyatını itirib, bir nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı