Yenidən “Nvidia”nın rəhbəri oldu

yeniden-nvidianin-rehberi-oldu
Oxunma sayı: 941

ABŞ-nin texnologiya nəhəngi “Nvidia” Censen Huanqın yenidən şirkətin baş icraçı direktoru vəzifəsinə təyin olunduğunu açıqlayıb.

“Qafqazinfo” “Reuters”ə istinadla xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Bildirilib ki, Huanqın vəzifəsinə qaytarılması ABŞ Prezidenti Donald Trampın, şirkət əməkdaşlarının, səhmdarların və biznes tərəfdaşlarının çağırışlarından sonra baş tutub. Xəbərin yayılmasının ardından “Nvidia”nın səhmləri birjaöncəsi ticarətdə 31 faizdən çox bahalaşıb.

Xatırladaq ki, Huanq noyabrın 12-də nikahdankənar münasibətləri ilə bağlı qalmaqaldan sonra istefa vermişdi. Onun münasibətdə olduğu qadınlardan birinin ABŞ hakimiyyətinin Çin kəşfiyyatına işləməkdə şübhəli bildiyi iş adamı olduğu iddia edilirdi. Pekin isə həmin ittihamları rədd edib.

Agentlik yazır ki, Huanqın istefasından sonra onun vəzifəsinə qaytarılması üçün başladılan petisiyaya 180 mindən çox insan, o cümlədən milyarder İlon Mask imza atıb. Bundan əvvəl “Nvidia”nın İdarə Heyətinin sədri Harvi Cons Huanqın yenidən işə götürülməyəcəyini bildirsə də, sonradan qərar dəyişdirilib.

Şirkətin İdarə Heyəti Huanqın səmimiyyətinə və rəhbərlik qabiliyyətinə etimad göstərdiyini açıqlayıb. Həmçinin ABŞ-nin yüksəkvəzifəli rəsmiləri ilə məsləhətləşmələrdən sonra onun vəzifəyə qayıtmasının milli təhlükəsizlik üçün risk yaratmadığı qənaətinə gəlindiyi bildirilib.

Qeyd edək ki, “Nvidia”nın həmtəsisçisi olan Huanq şirkətin videooyunlar üçün qrafik çiplər istehsalçısından süni intellekt prosessorları bazarının aparıcı iştirakçılarından birinə çevrilməsində mühüm rol oynayıb.