Yenidən Füzuliyə... - Fotolar

yeniden-fuzuliye
Oxunma sayı: 2617

Bu gün müxtəlif ərazilərdə yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb.

“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, onlar Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 80 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 333 ailənin, yəni 1186 nəfərin daimi məskunlaşması təmin edilib.