“Tərcümə mərkəzinə ayrılan büdcə Azərbaycan Yazıçılar Birliyinə geri qaytarılmalıdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu AYB sədri Anar Rzayev Milli Məclisin Mədəniyyət komitəsinin Bülbül Fondunda təşkil etdiyi ictimai dinləmədə bildirib.
“Nədənsə, tərcümə mərkəzini bizdən alıb ayrıca qurum yaratdılar. Buna sözüm yoxdur. Amma biz bu tərcümə mərkəzini saxladıq. Lakin biz onu necə saxladıq? Birinci mərtəbəmizi restoranın icarəsinə verdik. Heç birimiz istəmirdik orada restoran olsun. Yazıçılar Birliyi hara, restoran hara? Bu restoran həmin dövrdə icra başçısı olan Hacıbala müəllim orada reyd keçirənə qədər fəaliyyət göstərirdi. O işçiləri də yığışdırıb apardılar. Hara apardılar, indiyə qədər də məlum deyil. Mən demək istəyirəm ki, o tərcümə mərkəzi yarananda büdcəni də özü ilə apardı. Heç olmasa həmin büdcəni bizə qaytarsınlar. Biz istəmirik orada restoran olsun. İstəyirik orada mədəniyyət ocağımız olsun.
Parlamentə müraciət edirik ki, bizə kömək edin, tərcümə mərkəzinə ayrılan büdcə Azərbaycan Yazıçılar Birliyinə qaytarılsın.
Gözləyək ki, bizi Fransada çap etsinlər? Bizdə bircə Çingizi (Abdullayev – red.) çap edirlər maşallah. Amma Azərbaycan üçün tək Çingiz azdır. Digər yazıçılarımızın da əsərləri tərcümə olunmalıdır”, - AYB sədri bildirib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər