Bakının Yasamal rayonunda ölümlə nəticələnən qəza baş verib.
“Qafqazinfo” Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən gün Kənar dairəvi yolda Tərtər rayon sakini N.Haqverdiyevin idarə etdiyi “Renault” markalı avtomobil və Bakı şəhər sakini Emil Kərimovun idarə etdiyi “Kawasaki” markalı motosiklet toqquşub. Nəticədə E.Kərimov hadisə yerində ölüb.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər