Yasamal rayonunda iftar süfrəsi açılıb

yasamal-rayonunda-iftar-sufresi-acilib
Oxunma sayı: 1806

Ramazan ayı ilə əlaqədar Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən sakinlər üçün iftar sürfəsi açılıb.

“Qafqazinfo” xəbər verir ki, tədbirin əvvəlində ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun iştirak etdiyi iftar süfrəsində şəhid ailələrinin üzvləri, qazilər, millət vəkilləri, rəhbər şəxslər, ali təhsil ocaqlarının rəhbərləri, dindarlar və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə Qurandan surələr oxunub. İftar süfrəsində Ramazan ayının fəzilətləri barədə söhbət edilib, bu ayın insanlar arasında mənəvi saflığın tərənnümçüsü olduğu qeyd olunub.