YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb

yap-ilham-eliyevin-prezidentliye-namizedliyini-ireli-surub
Oxunma sayı: 3342

Yeni Azərbaycan Partiyası (YAP) İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən genişləndirilmiş iclasında qəbul edilib.

Qərar səsverməyə çıxarılaraq yekdilliklə qəbul edilib.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Zaur Mirzə