Xırdalanda kişi keçmiş arvadını bıçaqladı

xirdalanda-kisi-kecmis-arvadini-bicaqladi
Oxunma sayı: 1885

Abşeron rayonu Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, ötən gecə saat 04 radələrində şəhərin Mehdi Hüseynzadə küçəsində yerləşən mənzildə 40 yaşlı İ.Əliyeva bıçaqlanıb. Kürək nahiyəsindən xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

Həmçinin oxuyun: Привезли гроб с телом сына-шехида, а мать не смогла даже встать с постели... - Видеорепортаж

İlkin araşdırmalardan sonra qadının keçmiş həyat yoldaşı Bəhruz Əliyev tərəfindən bıçaqlanması məlum olub. O, saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.