Xəyalə “Düşən pullar”da udduğu 5 mini niyə ala bilmir?

xeyale-dusen-pullarda-uddugu-5-mini-niye-ala-bilmir
Oxunma sayı: 347

Aktrisa Xəyalə Quliyeva AzTV-nin “Düşən pullar” layihəsindən ödənişini ala bilməyib.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə sosial şəbəkədə məlumat yayıb.

“Bəli, mən də 5000 udmuşdum, vermədilər. “Disk zədələnib, verilişi efirə verə bilmərik” dedilər. Müqavilədə də “veriliş efirə gedəndən sonra ödəniş ediləcək” qeyd olunubmuş. Qısası, efirə yalnız uduzanların çəkilişləri getdi. Qaliblərin nədənsə diskləri zədəli çıxdı”,- o bildirib. 

Qeyd edək ki, aparıcılar Afaq Gəncəli və Tural Əsədov da 2023-cü ildə AzTV-də yayımlanan “Düşən Pullar” verilişində 35 000 manat uduş qazansalar da, çəkilişlərin yazıldığı diskin texniki səbəbdən zədələnməsi nəticəsində proqram efirə getməyib. Tərəflər arasında imzalanmış müqavilənin 6-cı bəndinə (“buraxılış hansısa səbəbdən efirə çıxmazsa, uduş etibarsız sayılır”) əsaslanan telekanal məbləği ödəməkdən imtina edib. Məhkəməyə qədər gedən çəkişmədə aparıcılar uduzub.