Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi

xestexanada-direktor-muavinini-bicaqlayan-surucu-imis
Oxunma sayı: 4259

Xəbər verdiyimiz kimi, bu gün Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktor müavini Orxan Ənvərlinin bıçaqlanması ilə bağlı məlumat yayılıb.

TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, səhər saatlarında xəstəxanada Dəstək xidmətləri şöbəsinin Texniki dəstək bölməsində sürücü vəzifəsində çalışan əməkdaş direktorun inzibati işlər üzrə müavininə xəsarət yetirib.

“Hadisə zamanı xəsarət alan direktorun inzibati işlər üzrə müavininə dərhal zəruri tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlara məlumat verilib. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Qeyd edək ki, sürücünün əmək intizamı qaydalarını pozması halları müşahidə olunub. Bu hallar ilə bağlı ona dəfələrlə şifahi xəbərdarlıq edilib”, - açıqlamada deyilir.

Xatırladaq ki, daha əvvəl mediada Orxan Ənvərlinin TƏBİB-in keçmiş sədri Vüqar Qurbanovun qohumu olması ilə bağlı məlumat yayılmışdı. TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri işləyən Orxan Qurbanovun sonradan soyadını dəyişərək Ənvərli etdiyi bildirilirdi. 

O.Ənvərli həmçinin vəkil fəaliyyəti ilə də məşğuldur və hazırda Vəkillər Kollegiyasının üzvüdür.